Aİ sammitində “Avropanın yenidən silahlanması” planı razılaşdırılıb
Dünya
284
06 Mar 2025 | 23:58

Aİ sammitində “Avropanın yenidən silahlanması” planı razılaşdırılıb

Avropa İttifaqı liderləri bu gün Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq hərbiləşdirilmə planı üzrə razılığa gəliblər.
 
Bu barədə "AFP" məlumat yayıb.
 
Bildirilib ki, 27 ölkənin lideri Avropa Komissiyasının müdafiəni gücləndirmək planına yaşıl işıq yandırıb.
 
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 4-də qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün 150 milyard kredit də daxil olmaqla 800 milyard avronun ayrılmasını nəzərdə tutan “Avropanın yenidən silahlanması” adlı plan təklif edib.
Link kopyalandı!
Son xəbərlər