Zelenski: Kiyev və Vaşinqtonun danışıqlar qruplarının işi bərpa olunub
Dünya
332
06 Mar 2025 | 23:04

Zelenski: Kiyev və Vaşinqtonun danışıqlar qruplarının işi bərpa olunub

Rəsmi Kiyev və Vaşinqton arasında danışıqlar qrupunun işi bərpa olunub. Gələn həftə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü baş tuta bilər.
 
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski deyib. 
 
“Ukrayna və ABŞ komandaları işi bərpa ediblər. Ümid edirik ki, gələn həftə bizim əsaslı görüşümüz olacaq”, - o deyib.
 
Bundan əvvəl "Axios" portalı ABŞ və Ukrayna nümayəndə heyətlərinin martın 12-də Səudiyyə Ərəbistanında görüşəcəyini bildirmişdi. Bir gün əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirmişdi ki, Vaşinqton tərəflərin yeni görüşünün yeri, tarixi və danışıqlar qrupunun tərkibi ilə bağlı rəsmi Kiyevlə ilə dialoq aparır. Lakin o, konkret tarix açıqlamayıb.
Link kopyalandı!
Son xəbərlər