Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun Minsk razılaşmaları ilə bağlı açıqlamalarının qeyri-dəqiqliyinə diqqət çəkib və qeyd edib ki, Parisin onları həyata keçirmək niyyətində olmadığını unutmaq olmaz.
Bu barədə rus mətbuatı məlumat yayıb.
"Cənab prezident Rusiyanın Minsk razılaşmalarını necə pozduğu barədə danışıb", - Peskov bildirib.
Kremlin sözçüsü vurğulayıb ki, Makron sələfi Fransua Ollandın heç kimin Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmadığını xatırlatmağı unudub.