Bizi sosial şəbəkələrdən izləyin:
Panama Prezidenti Xose Raul Mulino Vaşinqtonun Panama kanalına nəzarəti bərpa etməyə başladığını deyən ABŞ Prezidenti Donald Trampın sözlərini rədd edib və onu yalan danışmaqda ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edək ki, Tramp Konqresin hər iki palatasında çıxış edərkən Panama kanalındakı vəziyyətlə bağlı fikir bildirib. O, bunun sübutu olaraq, kanalın limanlarının ABŞ şirkəti tərəfindən alınmasına dair müqaviləyə istinad edib.
"Prezident Tramp yenə yalan danışır. Panama kanalı heç kimin nəzarəti altına təhvil verilmə prosesində deyil, bu, dövlət katibi Rubio və ya başqa birisi ilə söhbətlərimizdə heç müzakirə olunmayıb da. Mən Panama və bütün panamalılar adından həqiqətə və bir millət olaraq ləyaqətimizə qarşı edilən bu yeni təhqiri rədd edirəm", - Panama lideri "X" sosial şəbəkəsində yazıb.
Mulino qeyd edib ki, Panama və ABŞ hökumətləri arasında əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlər üzrə dəqiq razılaşmalara əsaslanır.
"Kanal Panama kanalıdır və Panamanın da qalacaq!" - o əlavə edib.