Vens: Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə münaqişəni davam etdirə bilər
Dünya
637
04 Mar 2025 | 20:12

Vens: Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə münaqişəni davam etdirə bilər

Artıq nə ABŞ, nə Avropa, nə də Kiyev hakimiyyəti Ukraynadakı münaqişədə Rusiya Federasiyasına qarşı hərbi əməliyyatları davam etdirə bilər.
 
APA "FOX"a istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens jurnalistlərlə söhbətində deyib.
 
"Biz elə bir vəziyyətdəyik ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni davam etdirə biləcəklər. Ona görə də hər kəsin danışıqlar masasına oturması vacibdir. Prezident Donald Tramp ukraynalıların danışıqlar masasına qayıdıb sövdələşməni müzakirə etməyə başlamalı olduğuna dair aydın siqnal göndərməyə çalışır”, - deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər