Bişkek hava limanı bomba təhlükəsi səbəbindən boşaldılır
Dünya
432
19:33, Bu gün

Bişkek hava limanı bomba təhlükəsi səbəbindən boşaldılır

Qırğızıstanın paytaxtı Bişkekdəki Manas Beynəlxalq Hava Limanında sərnişinlərin təxliyəsinə başlanılıb.
 
“Report” xəbər verir ki, bu barədə "24.kg"a hava limanının mətbuat xidmətindən bildirilib.
 
Qeyd olunub ki, reyslərə sərnişinlərin qeydiyyatı dayandırılıb.
 
“Parklanmada olan avtomobillərdən birinə bomba qoyulması barədə məlumat daxil olub. Hazırda aeroport binası boşaldılır”, - məlumatda vurğulanıb.
Link kopyalandı!
Son xəbərlər