Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Senatı ölkə Prezidenti Donald Trampın namizədliyini irəli sürdüyü Linda Makmeonu ölkənin təhsil naziri vəzifəsinə təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "USA Today" qəzeti məlumat yayıb.
Təhsil Nazirliyini bağlamaq planlarını öncədən elan edən Tramp ümid etdiyini bildirib ki, Makmeon bu planın həyata keçirilməsinə kömək edəcək.
Qeyd edək ki, Linda Makmeon restlinq təşkilatının keçmiş rəhbəridir. Sosial şəbəkələrdə onun restlinq-şoularda iştirakı ilə bağlı paylaşımlar geniş yayılıb.
Xatırladaq ki, 2024-cü il noyabrın 20-də Tramp Makmeonun təhsil naziri postuna namizədliyini irəli sürəcəyini elan edib. Onun prezidentliyinin birinci dövründə (2016-2020) Makmeon Kiçik Biznes Administrasiyasına rəhbərlik edib. Makmeon Şərqi Karolina Universitetində təhsil alıb, iki il Konnektikut ştatının Təhsil Şurasının üzvü olub. O, biznes sahəsində geniş məsləhətçilik təcrübəsinə malikdir və əvvəllər "World Wrestling Entertainment" (WWE) adlı şirkətə rəhbərlik edib.
Seçki kampaniyası zamanı Makmeon Trampın keçid komandasının rəhbərlərindən biri olub.