Petrosyanın arvadının külli miqdarda borcu üzə çıxdı: Ödəmək istəmir
Dünya
264
17:16, Bu gün

Petrosyanın arvadının külli miqdarda borcu üzə çıxdı: Ödəmək istəmir

Komediya ustası Yevgeni Petrosyanın həyat yoldaşı Tatyana Bruxunovanın elit mənzilə olan borcları üzə çıxıb.
 
Publika.az "Shot" Teleqram kanalına istinadla xəbər verir ki, onun illərdir mənzil-kommunal xidmətlər üçün pul ödəmədiyi məlum olub.
 
Mənbənin sözlərinə görə, sənətçinin həyat yoldaşının kommunal xidmətlərə görə 300 min rubldan (5 min 679 manat) çox borcu yığılıb. Onun Moskvada qeydiyyatda olan iki mənzili var - Tverskoy rayonundakı Lesnaya küçəsində və Xamovnikidəki Sadovye Kvartalı yaşayış kompleksində. Son mənzilə borclar yığılıb: kirayə üçün 128 min rubl (2 min 423 manat), əsaslı təmir üçün 179 min rubl (3 min 388 manat), mənzil-kommunal xidmətlər üçün təxminən 7 min rubl (132 manat). Mənbə qeyd edir ki, ümumilikdə 314 min rubl (5 min 944 manat) borc yaranıb.
 
Qeyd olunur ki, Xamovnikidə 232,2 kvadratmetr sahəsi olan bir mənzil 441 milyon rubl (8 milyon 349 min 11 manat) dəyərində qiymətləndirilir. 2017-ci ildə Petrosyanın həyat yoldaşının mülkiyyəti kimi qeydiyyata alınıb. Bundan əlavə, təxminən 8 milyonluq avtomobil dayanacağı və üç qeyri-yaşayış sahəsi var. Lesnaya küçəsindəki 77,5 kvadratmetr sahəsi olan mənzil 54 milyon rubl dəyərində qiymətləndirilir. "Shot"un məlumatına görə, Tatyana Bruxunova bu mənzilin pulunu mütəmadi olaraq ödəyir.
Link kopyalandı!
Son xəbərlər