18:14
5°C
Bakı
Serbiya parlamentində qarşıdurma baş verib, müxalifət deputatları protexnik vasitələr yandırıb və iclas zalı tüstü ilə dolub.
Bu barədə Serbiyanın Radio Televiziyası məlumat yayıb.
Məlumata görə, parlamentin spikeri Ana Brnabiçin üzərinə su atılıb.
Deputatlar yaz sessiyasının ilk iclasında təxminən 50 bənddən ibarət gündəliyi qəbul ediblər.