ABŞ ordusu icazəsiz vuracaq - Trampdan yeni qərar
Dünya
369
14:58, Bu gün

ABŞ ordusu icazəsiz vuracaq - Trampdan yeni qərar

Tramp administrasiyası yüksək rütbəli hərbçilərə Ağ Evin icazəsi olmadan rəsmi olaraq terrorçu kimi təyin edilmiş hədəflərə qarşı hava hücumları ilə bağlı qərar qəbul etməyə imkan verən yeni qaydaları təsdiqləyib.

Bu barədə “Militari Tayms” portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb.

“Terrorizmlə mübarizənin effektivliyini artırmaq üçün silahlı qüvvələrin qərarların qəbul edilməsində səlahiyyətlərinin və müstəqilliyinin genişləndirilməsi zəruri idi”, - mənbə bildirib.(axar.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər