Zərdüşt Əlizadə: Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma...
Dünya
661
12:21, Bu gün

Zərdüşt Əlizadə: Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma...

ABŞ prezidenti Donald Tramp Ukraynaya  hərbi yardımın dayandırılması barədə göstəriş verib. Məlumata görə, Kiyev sülhə  sadiqliyini nümayiş etdirənə qədər ABŞ Ukraynaya bütün hazırkı hərbi yardımı dayandırır. Hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikası, o cümlədən təyyarə və gəmi ilə daşınan silahlar və Polşada tranzit zonalarda gözləyənlər də dayandırılacaq.  ABŞ-ın məhdudiyyətləri səbəbindən Ukrayna müasir silahlara, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemlərinə, ballistik raketlər, istiqamətləndirmə sistemləri və uzaqmənzilli raket artilleriyasına çıxışı itirə bilər.
Bəs bundan sonra Ukraynanın taleyi necə olacaq? Ukrayna müharibəni davam etdirə biləcək?
Moderator.az-a danışan politoloq Zərdüşt Əlizadə Tramp və Zelenski arasında baş tutan görüşün ciddi gərginliklə nəticələndiyini vurğulayıb:
 “Tramp, Zelenskinin tam olaraq onun ultimatumunu qəbul etməməsinə qəzəbləndi və ABŞ-ın Ukraynaya verdiyi hərbi, siyasi və maliyyə dəstəyini geri çəkmək qərarına gəldi. Mövcud tədqiqatlar göstərir ki, son üç ildə müharibəyə xərclənən vəsaitin 75%-i Ukraynanın öz resursları hesabına qarşılanıb. Son iki ildə ABŞ Ukraynaya 58 milyard dollar məbləğində maliyyə və hərbi yardım göstərib, bu il isə bu rəqəm təxminən 20 milyard dollar təşkil edib. Eyni zamanda, Avropa ölkələri də Ukraynaya ümumilikdə 100 milyard dollarlıq dəstək veriblər.
Tramp və Zelenski arasında yaşanan  gərginlikdən sonra  Londonda  Avropa liderləri Zelenski ilə  görüş təşkil etdi. Avropa dövlət başçıları bir araya gələrək Ukraynaya yardımları davam etdirmək qərarına gəldilər.
Hazırda Ukrayna prezidenti qarşısında iki əsas vəzifə dayanır:
Avropanın ayırdığı maliyyə və hərbi yardımlardan maksimum səmərəli istifadə etmək
Ukrayna daxilində hərbi gücü artırmaq və korrupsiya ilə ciddi mübarizə aparmaq
Bunlar həyata keçirilərsə, ABŞ-ın yardımı olmadan da Ukraynanın Rusiya qarşısında müqavimət göstərmək imkanı olacaq”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər