Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi təsdiqləyib
Dünya
409
12:47, Bu gün

Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi təsdiqləyib

Donald Tramp ABŞ-nin təxminən 250 illik tarixində ilk dəfə olaraq ingilis dilini ölkənin rəsmi dili kimi tanıyan fərman imzalayıb.
 
Fərmanda ortaq dilin “ümumi milli dəyərləri gücləndirəcəyi və daha çox həmrəy cəmiyyət yaradacağı” bildirilir.
 
“İngilis dili respublikamız yaranandan milli dilimiz kimi istifadə olunur. İstiqlal bəyannaməsi və konstitusiya da daxil olmaqla, xalqımızın bütün tarixi idarəedici sənədləri ingilis dilində yazılıb. Buna görə də ingilis dilini ABŞ-ın rəsmi dili elan etməyin vaxtı çoxdan çatıb”, – fərmanın mətnində deyilir.
 
Prezident administrasiyasının bildirdiyinə görə, rəsmi dilin öyrənilməsi siyasəti yeni ABŞ vətəndaşlarına Amerika arzusunu reallaşdırmaq imkanı verəcək. “İngilis dilini bilmək təkcə iqtisadi baxımdan qapılar açmır, həm də yeni gələnlərə öz icmalarında iştirak etməyə, milli adət-ənənələrdə iştirak etməyə və cəmiyyətimizə töhfə verməyə kömək edir”, - sənəddə qeyd olunur.
 
Tramp 2000-ci ildə Bill Klintonun federal qurumları və federal yardım alan bütün təşkilatları ingilis dilini bilməyən vətəndaşlara tərcümə yardımı göstərməyi tələb edən sərəncamını ləğv edib. İndi idarələrin rəhbərliyi başqa dillərdə xidmət göstərmək istəyib-istəməməsinə özləri qərar verəcəklər.
 
The New York Times qeyd edir ki, sənəd federal proqramlara dəyişiklik tələb etmir və görünür, simvolikdir. Bu gün ingilis dili artıq ABŞ-ın 30-dan çox ştatında rəsmi dil kimi tanınır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər