Tramp martın 4-də Konqresə ilk müraciətini edəcək
Dünya
508
03 Mar 2025 | 17:58

Tramp martın 4-də Konqresə ilk müraciətini edəcək

Martın 4-də ABŞ Prezidenti Donald Tramp ikinci dəfə bu vəzifəyə seçildikdən sonra Konqresə ilk müraciətini edəcək.
 
APA “Associated Press”ə xəbər verir ki, analitiklər sözügedən müraciətində onun əsas prioritetrlərini açıqlayacağı qənaətindədirlər.
 
Tədbirdə ABŞ Dövlət Departamentinin və Ali Məhkəmənin nümayəndələri iştirak edəcək.
 
Müraciət rəsmi olaraq “Ölkənin vəziyyəti haqqında” adlanır və yeni seçilmiş dövlət başçısının bir il ərzində gördüyü işlərə yekun vurmaq məqsədi daşıyır.
 
Analitiklər deyir ki, adətən dövlət başçıları Konqresdəki ilk çıxışını qanunvericilik təşəbbüslərinə həsr edir.
 
Qeyd edək ki, bir qədər əvvəl "Truth Social" platformasında Ağ Evin rəhbəri "Sabah böyük gecə olacaq" - məzmunlu paylaşım edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər