Azərbaycan şirkətləri “Africa CEO Forum 2025”də təmsil olunacaq
1396
03 Mar 2025 | 16:00

Azərbaycan şirkətləri “Africa CEO Forum 2025”də təmsil olunacaq

Bu il Azərbaycan şirkətləri Kot d’İvuarın Abican şəhərində keçiriləcək “Africa CEO Forum 2025”də təmsil olunacaq.
 
 
Forum cari ilin 12-13 may tarixlərinə təyin olunub.
 
Afrika-Azərbaycan Ticarət Əlaqələri ( AFAZ) “Africa CEO Forum 2025” tədbirində iştirakını elan edib.
 
Afrika iqtisadiyyatının gələcəyini formalaşdıran ən mühüm platformalardan biri olan bu forumda 2000-dən çox iştirakçı gözlənilir. Tədbirin əsas məqsədi iqtisadi inkişaf, investisiya imkanları və ticarət əməkdaşlığı məsələlərini müzakirə etməkdir.
 
AFAZ Cooperation Azərbaycan şirkətlərini, sahibkarlarını və investorları bu mühüm tədbirdə iştirak etməyə dəvət edib. Forum, maliyyə, infrastruktur, enerji, texnologiya və ticarət kimi müxtəlif sahələrdə yeni bazarlara çıxış və strateji tərəfdaşlıqlar qurmaq üçün unikal imkanlar təqdim edəcək.
 
AFAZ Cooperation Azərbaycan ilə Afrika arasında iqtisadi əlaqələri genişləndirmək üçün sahibkarlara və investorlara forumda aktiv iştirak etməyə çağırıb.
 
Qeydiyyat və iştirakla bağlı əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz:
Tel: + 994 50 2102374
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər