Dünya
576
03 Mar 2025 | 17:53

"Ukrayna təhlükəsizlik zəmanətləri qarşılığında ərazi güzəştlərinə getməlidir" - Trampın müşaviri

"Rusiya Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsinə razılıq verməlidir..."
 
ABŞ administrasiyası hələlik Ukraynaya konkret zəmanətlər verilməsi barədə danışmağın tez olduğunu düşünür.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts bəyan edib. Məlumatı "obozrevatel.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, ABŞ hələ də Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır deyil. Bu zəmanətlər Ukraynanın Rusiyaya ərazi güzəştlərini nəzərdə tutan sülh sazişinin bir hissəsi olmalıdır. 
 
Onun sözlərinə görə, Amerika artıq "sonsuz şəkildə milyardlarla dollar ayırmağa" davam edə bilməz. Bununla belə, o hesab edir ki, Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətləri barədə danışmaq hələ tezdir. Eyni zamanda, Uolts əmindir ki, sülh naminə hər iki tərəf güzəştlərə getməlidir.
 
"Bu müharibə başa çatmalıdır və bunun üçün ərazi güzəştləri lazımdır. Bu, Rusiyadan təhlükəsizlik zəmanətləri ilə bağlı güzəştləri də tələb edəcək. Biz ukraynalılardan heç bir konkretlik əldə edə bilmirik, lakin açıq-aydın görünür ki, əvvəlki danışıqlarda müzakirə olunduğu kimi, gələcəkdə təhlükəsizlik zəmanətləri qarşılığında müəyyən ərazi güzəşti olacaq", - o, bildirib.
 
Amerika rəsmisi konkret olaraq hansı ərazi güzəştlərindən bəhs etdiyini açıqlamayıb. Eyni zamanda, təhlükəsizlik zəmanətləri "Avropanın rəhbərliyi altında" olmalıdır, - müşavir vurğulayıb. ABŞ-ın hansı öhdəlikləri öz üzərinə götürə biləcəyi ilə bağlı Uolts dəqiqləşdirmə aparmayıb.
 
Bununla yanaşı, o vurğulayıb ki, Rusiya Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsinə razılıq verməlidir. Uoltsun sözlərinə görə, bu mövzu əvvəlki danışıqlar raundlarında da müzakirə edilib. "Bu, Avropanın rəhbərliyi altında təhlükəsizlik zəmanətləri olmalıdır, çünki bu, Avropanın öz təhlükəsizliyi üçün qismən töhfədir", - Uolts vurğulayıb.
 
Nəşrin məlumatına gödə, Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris administrasiyanı Zelenski ilə münasibətlərdə yetkin liderlik nümayiş etdirməyə çağırıb. O, vurğulayıb ki, azad dünyanın sabitliyi naminə əməkdaşlıq davam etdirilməlidir.
 
Ukrayna müharibəsi: strateji perspektivlər
 
Xəbər verildiyi kimi, Donald Tramp ümumi çərçivədə "Minsk razılaşmalarını" xatırladan sülh planını həyata keçirməyə çalışır.
 
Xüsusilə, o, ilkin olaraq atəşkəsə nail olmağa, daha sonra isə münaqişənin yekun həlli üçün uzunmüddətli danışıqlar aparmağa çalışır. Lakin analitiklər bu planı uğursuz hesab edir.
 
Bu kontekstdə Böyük Britaniya və Fransa rəhbərləri Ukrayna ilə birgə öz sülh planlarını hazırlamağa başladıqlarını bildirib. Gözlənilir ki, bu birgə plan daha sonra ABŞ prezidentinə təqdim olunacaq.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər