20:58
5°C
Bakı
Moskva metro stansiyalarından birində terror aktının qarşısını alınıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Bildirilib ki, Rusiya xüsusi xidmət orqanları eyni zamanda Moskva vilayətində yerləşən sinaqoqda da terror aktının qarşısını alıb:
"Moskva metrosu və Moskva vilayətində yerləşən sinaqoqda terror aktları hazırlayan terrorçu zərərsizləşdirilib. Cinayətkar silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv edilib. Hücumlardan sonra o, Əfqanıstana getməyi planlaşdırıb", - FTX-nin məlumatında qeyd olunub.
Qurumdan o da bildirilib ki, terror aktları planlaşdıran şəxs əslən Orta Asya ölkələrinin birindən olan Rusiya vətəndaşı olub.(axar.az)