Məhəmməd Cavad Zərif istefa verdi
Dünya
1015
01:56, Bu gün

Məhəmməd Cavad Zərif istefa verdi

İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Məhəmməd Cavad Zərif istefa verib.
 
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, vitse-prezident M.C.Zərifin istefası İran Prezidenti Məsud Pezeşkian tərəfindən hələ təsdiqlənməyib.
 
Qeyd edək ki, həssas vəzifələr haqqında qanuna əsasən, M.C.Zərifin iki övladının ikili vətəndaşlığa malik olması səbəbindən vitse-prezidentlərdən biri təyin olunması qanunun açıq şəkildə pozulması və bu qanunun açıq mətninə zidd hesab edilir.
 
Bəzi parlament üzvləri onun qeyri-qanuni olaraq strateji məsələlər üzrə müavin təyin edilməsi məsələsini hökumət işə başlayandan bəri qaldırıblar.
 
Qeyd edək ki, bu gün səhər İran parlamentinin üzvləri iqtisadiyyat naziri Əbdünnaser Hemmətinin impiçmentinə səs veriblər.
 
Məlumata görə, ümumilikdə 273 səsdən, 182 səs iqtisadiyyat nazirinin impiçmentinin lehinə, 89-u əleyhinə, ikisi isə bitərəf olub.
Link kopyalandı!
Son xəbərlər