"Ötən əsrdə ölkələr fosil yanacaqlara görə savaşıb, heç demə, tükənməz enerji mənbəyi düz ayağımızın altındadır..."
Mütəxəssislər hesab edir ki, aşkarlanan metal enerji istehsalında inqilab yaradaraq, bəşəriyyətin fosil (qazma) yanacaqlardan asılılığını azalda bilər.
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb. Məlumatı "focus.ua" nəşri yayıb.
Nəşr qeyd Çinin enerji tələbatını demək olar ki, sonsuz müddətə ödəyə biləcək torium ehtiyatlarına sahib olduğu bildirilir.
Məlumatda eyd olunur ki, Çindəki torium ehtiyatları əvvəlcə düşünüldüyündən dəfələrlə çox ola bilər. Üstəlik, Çin müasir elektronika istehsalı üçün vacib olan nadir torpaq elementlərinin də dünyada ən böyük ehtiyatlarına malikdir.
Bəzi alimlərin hesablamalarına görə, tam gücü ilə işləyən Bayan-Obo mədən kompleksi 1 milyon ton torium hasil edə bilər. Bu, Çini 60 min il müddətində nüvə enerjisi ilə təmin etməyə kifayət edər.
Pekində çalışan və adının açıqlanmasını istəməyən bir geoloq jurnalistlərə bildirib: "Ötən əsrdə ölkələr fosil yanacaqlara görə müharibələr aparıb. Məlum olur ki, tükənməz enerji mənbəyi düz ayağımızın altındadır".
Ekspertin fikrincə, bu metal dünya enerji istehsalında inqilabi dəyişiklik yarada bilər və fosil yanacaqlardan asılılığı sona çatdıra bilər.
"Interesting Engineering" portalının məlumatına görə, torium gümüşü rəngdə olan metal olub, urandan 200 dəfə daha çox nüvə enerjisi istehsal edə bilir.
Üstəlik, uran əsaslı reaktorlardan fərqli olaraq, torium ərimiş duz reaktorları (TMSR) daha kompakt ölçüdə olur, su soyutmasına ehtiyac duymur, ərimə riski daşımır və uzunömürlü radioaktiv tullantılar çox az miqdarda buraxır.
Qeyd edək ki, Fransanın mikroreaktor istehsalçısı olan "Naarea" şirkəti XAMR ərimiş duzlarla işləyən sürətli mikroreaktorlarının kütləvi istehsalı üçün "Phoenix Manufacture" şirkəti ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.