İsrail Suriyanın yeni hakimiyyətini hədələyib
Dünya
1528
02 Mar 2025 | 19:48

İsrail Suriyanın yeni hakimiyyətini hədələyib

İsrail Suriyanın yeni hakimiyyətini hədələyib.
 
APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, İsrail xarici işlər naziri Gideon Saar bu gün mətbuat konfransında deyib ki, Prezident Əhməd Əş-Şaarının rəhbərlik etdiyi yeni hökumət Suriya xalqının seçmədiyi bir qrup cihadçıdır.
 
Gideon Saar bəyan edib ki, İsrail Suriyanın cənubundakı druzları qətiyətlə müdafiə edəcək. İsrail xarici işlər naziri qeyd edib ki, Suriyanın yeni hakimiyyətinin druzlara, kürdlərə və digər azlıqlara qarşı hər hansı hərbi əməliyyat keçirmək hüququ yoxdur.
 
Qeyd edək ki, dünən Baş nazir Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz bildirib ki, Dəməşqin yaxınlığında druz döyüşçüləri ilə yeni rejim arasında qarşıdurma olarsa, İsrail druzların müdafiəsi üçün tədbirlər görə bilər.
Link kopyalandı!
Son xəbərlər