Dünya
1557
02 Mar 2025 | 16:16

"Putini dayandırmasaq, bu 2 ölkəyə hücum edəcək"

"Putini dayandırmalıyıq, əks halda özü dayanmayacaq".
 
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
 
"Növbəti Moldova, daha sonra isə Rumıniya olacaq. Rusiya həddən artıq silahlanmış və aqressiv dövlətdir. O, Avropada olduğu kimi, Fransada da genişmiqyaslı terror aktları, kampaniyalar həyata keçirir. Ortada olan bizim təhlükəsizliyimizdir.
 
Əgər kimsə Üçüncü Dünya müharibəsinə aparırsa, bu, Putindir. Məhz o, 3 il əvvəl aqressiyanı başlatdı. Kreml Avropaya 10 min Şimali Koreya əsgəri gətirib. O, İrandan PUA-lar istəyir, nüvə proqramının inkişafına kömək edir ki, Avropa qitəsində müharibəni genişləndirsin", - Makron bildirib. /Globalinfo.az
Link kopyalandı!
Son xəbərlər