Suriyada təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında TOQQUŞMA
1477
02 Mar 2025 | 09:51

Suriyada təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında TOQQUŞMA

Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıları ilə silahlı qruplaşma üzvləri arasında toqquşma olub.
 
Modern.az xəbər verir ki, bu barədə regional daxili işlər idarəsinin rəisi, polkovnik Husam əl-Tahan Suriya televiziyasına bildirib.
 
Məlumata görə, toqquşma polis patruluna hücumdan sonra baş verib. Hücum nəticəsində bir zabit öldürülüb, digəri isə əsir götürülüb.
 
Əl-Tahanın sözlərinə görə, silahlı dəstə paytaxtın kənarında gizlənən və vaxtaşırı silahlı hücumlar həyata keçirən keçmiş rejimin tərəfdarlarına məxsusdur. Hazırda onların saxlanılması ilə bağlı əməliyyat tədbirləri həyata keçirilir.
Link kopyalandı!
Son xəbərlər