Moskvada itləri ilə gəzməyə çıxan qadın peşman oldu: Üzü dişləndi, heyvanları isə öldürüldü
1486
02 Mar 2025 | 09:13

Moskvada itləri ilə gəzməyə çıxan qadın peşman oldu: Üzü dişləndi, heyvanları isə öldürüldü

Moskva vilayətində akita-inu cinsindən olan it qadının üzərinə atılaraq onun üzünü və əllərini dişləyib.
 
Oxu.Az SHOT "Telegram" kanalına istinadla xəbər verir ki, hadisə qadının şpis və siba-inu cinsindən olan itləri ilə gəzərkən baş verib.
 
İtlərin sahibəsi köpəyin hücumuna məruz qalan şpisi xilas etməyə çalışarkən özü hədəfə çevrilib. Bu zaman siba-inu da ağır yaralar alıb.
 
Yoldan keçənlər aqressiv iti ərazidən uzaqlaşdıra biliblər. Lakin veterinarlar qadının itlərini xilas edə bilməyiblər, onlar ölüblər.
 
Bədənində çoxsaylı dişləmə izləri olan 46 yaşlı qadın hücum edən itin sahibini məsuliyyətə cəlb etmək niyyətindədir.
 

 

Link kopyalandı!
Son xəbərlər