ABŞ
1441
02 Mar 2025 | 09:09

ABŞ "Əl-Qaidə"nin "sağ qolu"nu qopardı - Qruplaşma lideri MƏHV EDİLDİ

Amerika hərbçiləri “Əl-Qaidə” ilə əlaqəsi olan "Hürrəsəddin" terror qruplaşmasının liderlərindən birini məhv edib.
 
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
 
Komandanlığın məlumatına görə, dəqiq aviazərbənin hədəfi Hürrəsəddinin yüksək rütbəli hərbi komandiri Məhəmməd Yusuf Zia Talai olub.
 
Fevralın ortalarında ABŞ Silahlı Qüvvələrinin fevralın 15-16-da Suriyadakı “Əl-Qaidə” liderlərindən birinə qarşı dəqiq aviazərbələr həyata keçirərək onu məhv etdiyi də bildirilirdi.
Link kopyalandı!
Son xəbərlər