Bizi sosial şəbəkələrdən izləyin:
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evə səfəri zamanı yaranan qalmaqaldan sonra Bundestaqı (Almaniya parlamenti) Ukraynaya üç milyard avro məbləğində əlavə yardımın verilməsinin yolunu açmağa çağırıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
O, Berlində jurnalistlərə deyib: "Biz yeni Almaniya hökumətinin qurulmasını gözləyə bilmərik, çünki vəziyyət ciddidir. Almaniya bu tarixi mərhələdə təşəbbüsü öz üzərinə götürməlidir".
Nazir qeyd edib ki, Almaniya Fransa, Böyük Britaniya və Polşa ilə birlikdə hərəkət etməlidir.