"Fələstinlilər möhkəm sabitliyi, ədaləti və sülh şəraitində yaşamağı haqq edir..."
BMT baş katibi Antoniu Quterriş ərəb dünyasını birlik nümayiş etdirməyə çağırıb.
Moderator.az xəbər verir ki, Quterriş müharibədən sonra Qəzza bölgəsinin bərpası planını pisləyəcək Ərəb Dövlətləri Birliyi sammitindən öncə bu bəyanatla çıxış edib. Məlumatı "svoboda.org" nəşri yayıb.
BMT rəhbəri də bu görüşdə iştirak etmək niyyətindədir. Sammitin martın 4-də keçiriləcəyi planlaşdırılır.
Quterriş qeyd edib ki, Qəzza bölgəsi "İsrail 15 aylıq hərbi əməliyyatlarından sonra ölüm, köç, aclıq və xəstəlik mərkəzinə çevrilib", lakin ərəb ölkələrinin "vahid cavabı" regionda sabitliyin təmin edilməsi üçün səyləri "irəli aparmağa kömək edəcək".
Quterrişin fikrincə, "Qüdssə hər iki dövlətin paytaxtı olan iki dövlətli həllin razılaşdırılması" sabitliyə gətirib çıxaracaq.
"Fələstinlilər möhkəm sabitliyi, ədalətli və prinsipial bir sülhü haqq edir. İsrail xalqı da sülh və təhlükəsizlik içində yaşamağı haqq edir. Biz indi dövlətli həllin həyata keçirilməsi yolunda gerçək addımlar atmalıyıq", - Quterriş deyib.
BMT baş katibi həmçinin atəşkəs və girovların azad edilməsi sazişində iştirak edən bütün tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
O, Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə BMT-nin Yaxın Şərq Agentliyinə, eləcə də Qəzaya humanitar yardımların çatdırılmasına "davamlı dəstəyin" vacibliyini vurğulayıb.
"Bu, İsrailin təhlükəsizliyi ilə bağlı qanuni problemlərin həll olunması deməkdir. Bu, beynəlxalq hüquq pozuntularına görə məsuliyyət daşımaq deməkdir", - Quteriş deyib.
Bu kontekstdə o, BMT-nin Qəzza bölgəsində hər hansı etnik təmizləmə və uzunmüddətli hərbi varlığı qəbul etmədiyini, həmçinin İudeya və Samariyada vəziyyətin dərhal deeskalasiya olunmasına çağırış edib.