KİV: Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb
Dünya
270
01 Mar 2025 | 21:05

KİV: Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb

NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ administrasiyası ilə münasibətləri yaxşılaşdırmağın yollarını tapmağa çağırıb.
 
Bu haqda Rutte BBC-yə müsahibəsində deyib.
 
“Mən Zelenskiyə dedim ki, siz Donald Tramp və ABŞ administrasiyası ilə münasibətlərinizi bərpa etməyin yolunu tapmalısınız”, - deyə Rutte bildirib.
 
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda canlı efirdə Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında qızğın mübahisə baş verib.
 
Qalmaqal Zelenskinin sülh sazişinin şərtləri ilə bağlı Trampla razılığa gəlmədən Ağ Evi tərk etməsi ilə başa çatıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər