Paşinyan Bakıya təklif verib: “Hələ açıqlaya bilmərəm”
Dünya
441
18:00, Bu gün

Paşinyan Bakıya təklif verib: “Hələ açıqlaya bilmərəm”

Baş nazir Nikol Paşinyan bir neçə gün öncə iki ölkə arasındakı nizamlanmaya dair rəsmi Bakıya həm Ermənistan, həm də Azərbaycan xalqı üçün məqbul sayılan həll təklifi verdiyini bildirib.
 
Modern.az xəbər verir ki, martın 1-də erməni jurnalistlər Paşinyandan söhbətin hansı təklifdən getdiyini soruşublar.
 
KİV-in sualına cavab olaraq Paşinyan bildirib ki, hazırda bu məlumatı açıqlaya bilməz:
 
“Azərbaycandan cavab aldıqdan sonra təkliflə bağlı daha ətraflı açıqlama veriləcək. Bu, iki səbəbdən baş verə bilər: Azərbaycan təkilfə razıdır və o, ictimailəşdirilməlidir; təklifin ictimailəşdirilməsi müəyyən mənada Ermənistana mənəvi haqq verəcək”.
Link kopyalandı!
Son xəbərlər