Ankarada döşək fabrikində baş verən güclü yanğın SÖNDÜRÜLDÜ
Dünya
432
17:43, Bu gün

Ankarada döşək fabrikində baş verən güclü yanğın SÖNDÜRÜLDÜ

Ankarada ikimərtəbəli döşək fabrikində baş verən yanğın artıq söndürülüb.
 
Oxu.Az bu barədə "Düzce TV"yə istinadla xəbər verib.
 
Bildirilir ki, küləyin təsiri ilə güclənən yanğının qarşısının alınması üçün ümumilikdə 70 canlı qüvvə və 20 texnika cəlb olunub.
 
"Təxminən 2.5 saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülərək söndürülüb, daha sonra soyutma işləri aparılıb", - deyə mənbədən bildirilib.
 
Məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmasa da, zavoda ciddi zərər dəyib, bina yararsız hala düşüb.
 
Yanğının başvermə səbəbləri araşdırılır.
Link kopyalandı!
Son xəbərlər