Dünya
417
17:17, Bu gün

"Zelenski Tramp və Putinin görüşündən öncə onların "sülh planı"nı birdəfəlik dəfn edib" - Yuri Felştinski

"Müharibə zamanı ən təhlükəli şey boş ümidlərdir, Ukrayna bu savaşda özünə və ABŞ-dan kənar müttəfiqlərinə güvənəcək..."
 
Amerikanın indi yeni müttəfiqi Putindir. Bu gün Tramp məhz bunu Zelenskiyə təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-da yaşayan Rusiya-Amerika tarixçisi, "FTX Rusiyanı partladır" kitabının müəlliflərindən biri Yuri Felştinski "gordonua.com" nəşrindəki bloqunda yazıb.
 
"Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri gözlənilən (ən azı mənim üçün) nəticəni verib- Ukrayna və şəxsən Zelenski üçün diplomatik və siyasi qələbə ilə başa çatıb.
 
O, Amerikanın demokratik qanadının, Kanadanın və Avropanın dəstəyini saxlayıb və Trampın, eləcə də onun tərəfdarlarının Ukraynanı Putinə təhvil vermək ümidlərini- ümid edək ki, bu dəfə qəti şəkildə- məhv edib. Üstəlik, bundan sonra Zelenskidən bu məsələ ilə bağlı geri addım atmaq tələb edilməyəcək.
 
Əslində, bu gün Vaşinqtonda daha mühüm bir hadisə baş verib. Zelenski Tramp və Putinin hələ baş tutmamış görüşündən öncə onların "sülh planını" birdəfəlik dəfn edib. Bu görüş Trampın Vaşinqtonda Zelenski ilə apardığı danışıqlardan sonra keçirilməli idi.
 
Ancaq mən düşünürəm ki, indi artıq bu görüş olmayacaq. Çünki Tramp-Putin "sülh planı" iflasa uğrayıb və dünya ictimaiyyətinə bu görüşdə açıqlanacaq bir şey qalmayıb. Yeganə mümkün gündəm Rusiyaya qarşı tətbiq edilən ABŞ sanksiyalarının ləğvi ola bilər.
 
Mən dəfələrlə yazmış və demişəm ki, təəssüf ki, ABŞ-ı qarşıdakı dörd il ərzində müttəfiq və tərəfdaş kimi unutmaq lazımdır- sanki Amerika hələ kəşf edilməmiş bir ölkədir.
 
Amerikanın indi yeni tərəfdaşı və müttəfiqi Putindir. Tramp bu gün məhz bunu Zelenskiyə təsdiqləyib: ABŞ bu oyundan çıxır, yalnız o halda qalır ki, oyun Putinin şərtləri və qaydaları əsasında aparılsın.
 
Zelenskinin Vaşinqtona səfəri olsaydı da, olmasaydı da, Tramp Ukraynaya hərbi və iqtisadi dəstək üçün bir dollar belə verməyəcəkdi. Heç olmasa indi Tramp administrasiyası bunu açıq şəkildə elan edib.
 
Bu, şübhəsiz ki, Ukraynanın vəziyyətini bir qədər sadələşdirir, çünki müharibə zamanı ən təhlükəli şey boş ümidlərdir. Ukrayna bu müharibədə özünə və ABŞ-dan kənar müttəfiqlərinin yardımına güvənməyə davam edəcək. Trampın bu xəyanətinin bədəlini isə çox tezliklə bütün Amerika ödəməli olacaq".
Link kopyalandı!
Son xəbərlər