Bizi sosial şəbəkələrdən izləyin:
"Neuralink" şirkətinin top-meneceri Şivon Zilis amerikalı sahibkar İlon Maskdan dördüncü övladının dünyaya gəldiyini bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, o bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Biz bunu İlonla müzakirə etdik və gözəl Arkadianın doğum günü münasibətilə sadəcə möhtəşəm və inanılmaz oğlumuz Seldon Likurq haqqında danışmağın daha doğru olacağını düşündük", - deyə o bildirib.
Zilisin sözlərinə görə, bu övladının "qızıl kimi ürəyi" var. Uşağın neçə yaşı olduğunu isə açıqlamayıb.
Şivon Zilis artıq İlon Maskın dörd övladının anasıdır. Onun ilk iki övladı süni mayalanma üçün donor axtardığı zaman dünyaya gəlib - o, əkizlər dünyaya gətirib. Eyni vaxtda, 2021-ci ildə surroqat ana da Maskın o zamankı sevgilisi, müğənni Qraymsdan bir övlad dünyaya gətirib.
Ümumilikdə, İlon Maskın azı 14 övladı var. Onlardan biri cinsiyyətini dəyişdikdən sonra Mask onunla əlaqəni kəsib.
Məşhur iş adamının ilk həyat yoldaşı Castin Uilsondan altı övladı olub. Onların ilk övladı Nevada on həftəlik ikən təhlükəli sindrom səbəbindən vəfat edib. Daha sonra Mask və Uilsonun əvvəlcə əkizləri, sonra isə üçəm övladları dünyaya gəlib. Mask ilk həyat yoldaşı ilə 2000-2008-ci illərdə evli olub.
Amerikalı milyarderin həmçinin müğənni Qraymsdan (əsl adı - Kleyr Elis Buşe) üç ümumi övladı var. Onlar 2021-ci ilə qədər münasibətdə olublar.
İlon Mask 22 yanvar 2025-ci ildə üç övladının anası Şivon Zilis ilə ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıb. Rəsmi olaraq evli olmayan cütlüyün ilk övladları, əkizlər Azur və Strayder, 2021-ci ildə dünyaya gəlib. Daha sonra onların Arkadia adlı qızı doğulub, lakin uzun müddət onun cinsi açıqlanmayıb.