Rusiyadan zəfər anonsu: Zelenski məğlubiyyəti qəbul etdi?
Dünya
608
12:38, Bu gün

Rusiyadan zəfər anonsu: Zelenski məğlubiyyəti qəbul etdi?

Dünən dünyanın diqqəti Vaşinqtona yönəlmişdi. Ağ Evdə baş tutan Donald Tramp və Volodimir Zelenski görüşü gözlənildiyi kimi kritik məsələlərin müzakirəsinə çevrildi, lakin gözlənilməz gərginliklə  yadda qaldı. Görüş normal başlasa da, Trampın sərt mövqeyi və vitse-prezidentin müdaxiləsi atmosferi daha da gərginləşdirdi. Əgər ABŞ yardımları kəssə, Avropa ölkələri bu boşluğu tam doldura biləcək? Yoxsa müharibənin gedişatı dəyişəcək və Ukrayna kompromisə məcbur ediləcək? 
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, dünən Vaşinqtondakı Tramp-Zelenski görüşündə razılaşmanın ilk görüşdən imzalanmasını gözləmək absurd olardı:
 “Bunu görüşün ilkin mərhələsi adlandıra bilərik. Dünən Tramp və Zelenski arasında nəzərəçarpacaq gərginlik müşahidə olundu. Ukrayna öz şərtlərinin daha çox yerinə yetirilməsini istəyir və  ona görə də yaxın bir neçə görüşdə nəticənin əldə olunmasını gözləmək  doğru olmazdı. Çünki bu gün faktiki olaraq Ukraynanın torpaqları işğal olunubdur və ona görə də Ukrayna ən cəlbedici və sərfəli şərtlərlə prosesin özünün xeyrinə olmağına çalışır”. 
T.İsmayılovun fikirincə, bundan sonrakı mərhələlərdə görüşlər davamlı xarakter alacaq:
 “Yaxın üç- dörd ay ərzində ciddi bir çərçivə sazişinin və yaxud da Rusiya ilə Ukrayna arasında ciddi bir müqavilənin imzalanacağını düşünmürəm. Faktiki olaraq bu gün Avropanın Ukraynaya dəstəkləri olsa da, Ukrayna yaxşı başa düşür ki, müharibəni davam etdirməyin də indiki məqamda heç bir mənası yoxdur. Baxmayaraq ki, Makron başda olmaq üzrə bəzi Qərbi Avropa liderləri gərginliyin qalmasında maraqlıdır, yəni müharibənin davamlı olmasında maraqlıdır. Amma Zelenski də fərqindədir ki, Ukraynanın da imkanları azalır və bundan sonrakı müddətdə  müharibəni indiki şərtlər daxilində davam etdirmək çox çətindir”.
Siyasi şərhçi əlavə edib ki, Türkiyənin  bu məsələdə addımı həmişə obyektivliyə söykənib:
“Türkiyə Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və Türkiyənin səyləri nəticəsində müharibə başlayan kimi Taxıl saziş imzalandı ki, bu da bütün dünyanı çox ciddi bir sıxıntıdan xilas etdi. Zelenski başa düşür ki, Türkiyə proseslərdə  obyektiv və yaxşı moderator ola bilər. Çünki Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıdığı kimi, həm də yeganə NATO üzvüdür ki, Rusiya ilə münasibətləri tarana çəkmir. O baxımdan da Zelenski istəyir ki, Türkiyənin moderatorluğu altında sərfəli şərtlər altında anlaşmalar imzalansın. Amma Amerika ilə Ukrayna arasında da müqavilə imzalanacaq. Çünki Trampın hədəflərindən əsası odur ki, Ukraynanın təbii sərvətlərini Amerika Birləşmiş Ştatları istifadə etsin”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər