Kobaxidze Trampa dəstək ifadə edib: Qlobal Müharibə Partiyası asan təslim olmayacaq
Dünya
327
11:48, Bu gün

Kobaxidze Trampa dəstək ifadə edib: Qlobal Müharibə Partiyası asan təslim olmayacaq

Qlobal Müharibə Partiyası təslim olmayacaq
 
Görünür, Qlobal Müharibə Partiyası asanlıqla təslim olmayacaq.
 
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Tramp-Zelenski mübahisəsinə münasibət bildirərkən deyib.
 
Tramp-Zelenski mübahisəsinə reaksiya
 
“Prezident Tramp və onun sülh administrasiyası minlərlə ukraynalının qətlinin başlamasına görə məsuliyyət daşıyanlar tərəfindən qınanılır. Qlobal Müharibə Partiyası Prezident Trampa qarşı dərhal Cin Şahendən Brüsseldəki müxtəlif rəsmilərədək eyni sözçülərini səfərbər etdi.
 
Sülh və müharibə qüvvələri arasında aydın xətt
 
Dünən sülh istəyən, ukraynalıların taleyinin qayğısına qalan qüvvələrlə ən son ukraynalının ölümünü istəyən qüvvələr arasında aydın xətt çəkildi. Həmçinin bu da aydın oldu ki, Qlobal müharibə partiyası və Dərin Dövlət o qədər də asan təslim olmayacaqlar. Bizim üç ildir ki, mübahisəsini etdiklərimiz bir daha təsdiqləndi – ABŞ və Qlobal Müharibə Partiyası iki ayrı qurumdur. Müharibə tərəfi ilə sülhsevər qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur.
 
Ukraynada müharibənin tez bitməsinin əhəmiyyəti
 
Ümid edək ki, bu döyüş sülhün qələbəsi ilə başa çatacaq. Ukraynada müharibə nə qədər tez bitsə, bir o qədər az ukraynalı həyatını itirəcək və bütövlükdə regionda sülh bir o qədər tez bərqərar olacaq. Prezident Trampa bu çətin mübarizədə dözüm və cəsarət arzulayıram”, - Kobaxidze Feysbuk paylaşmında qeyd edib.(APA)
Link kopyalandı!
Son xəbərlər