WP:
Dünya
273
10:04, Bu gün

WP: "Tramp Zelenski ilə görüşdən sonra Ukraynaya hərbi yardımı dayandırmağı düşünür"

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Ağ Ev rəhbəri ilə Ukrayna lideri Volodimir Zelenski arasında baş verən mübahisədən sonra Ukraynaya bütün hərbi tədarükün dayandırılması imkanlarını araşdırır.
 
Bu barədə "The Washington Post" yazır.
 
"Tramp Administrasiyası Ukraynaya bütün cari hərbi yardımı dayandırmağı düşünür", - nəşr yazır.
 
Əlavə olunub ki, mübahisədən sonra Tramp Zelenskini "Ağ Evdən qovub" və "ABŞ-nin Ukraynaya yardımını tamamilə dayandırmaqla hədələyib".
Link kopyalandı!
Son xəbərlər