Depardye Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır
Dünya
471
09:25, Bu gün

Depardye Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır

Fransalı kino ulduzu Jerar Depardye Rusiya Kinematoqrafçılar İttifaqından xaric edilə bilər.
 
Oxu.Az xəbər verir ki, "Abzas" nəşri bu barədə aktyorun nümayəndəsi Arno Frilleyə istinadla məlumat yayıb.
 
Onun sözlərinə görə, fransız aktyor ittifaqa üzvlük haqqına görə yeddi il üçün 9.5 min rubl (185 manat) borclu qalıb.
 
"Depardye Klim Lavrentyevin xahişi ilə üzvlüyə razılaşıb. Bu, onun üçün yox, İttifaqın nüfuzu üçün edilmişdi. Çünki ona həqiqətən bu lazım deyildi. Bir neçə il sonra isə Klim mənimlə əlaqə saxlayıb dedi ki, Jerar bütün bu illər üçün üzvlük haqqını ödəməlidir", - deyə aktyorun nümayəndəsi izah edib.
 
Frille baş verənləri üzücü və utancverici bir vəziyyət adlandırıb.
 
"Mən hətta bu barədə Jerarla danışmağa belə cəsarət etmirəm", - deyə aktyorun nümayəndəsi vurğulayıb.
 
Qeyd edək ki, Rusiya Kinematoqrafçılar İttifaqının nizamnaməsinə əsasən, illik üzvlük haqqının ödənilməməsi təşkilat qaydalarının pozulmasıdır. Buna görə də, İttifaqın 11-ci çağırışının 15-ci plenumunda üzvlüyün ləğv edilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Link kopyalandı!
Son xəbərlər