Tramp-Zelenski gərginliyinə dünyadan ilk reaksiyalar
Dünya
360
08:52, Bu gün

Tramp-Zelenski gərginliyinə dünyadan ilk reaksiyalar

Ağ Evdə baş verən gərgin görüş zamanı Tramp ilə Zelenski arasındakı kəskin fikir ayrılığı dünya miqyasında geniş əks-səda doğurub.
 
Oxu.Az-ın "Türkiyə Qəzeti"nə istinadən verdiyi xəbərə görə, Ukraynaya dəstək verən liderlər alqış mesajları verərkən, bəzi siyasətçilər Tramp və Vensin mövqeyini sərt şəkildə tənqid edib.
 
İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya açıq dəstək verərək, "Ukrayna, İspaniya sizin yanınızdadır. Əziz ukraynalı dostlar, yalnız deyilsiniz", - deyib.
 
Polşanın baş naziri Donald Tusk da oxşar mesaj verərək, "Əziz Zelenski, əziz ukraynalı dostlar, yalnız deyilsiniz", - ifadələrini işlədib.
 
Kanadanın xarici işlər naziri Melani Joli isə Qərbin "təhlükəsizlik böhranı" yaşadığını bəyan edib.
 
Almaniyalı millət vəkili Yohan David Vadeful Ağ Evdə baş verənləri "şok edici" adlandırıb.
 
"İşğal edilmiş ölkənin prezidentinə necə xəyanət etmək olar? Azad Avropa Ukraynanı tək qoymayacaq", - deyə vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər