Zaxarova Zelenski barədə:
Dünya
321
08:18, Bu gün

Zaxarova Zelenski barədə: "Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar?!"

"ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Volodimir Zelenskinin 2022-ci ildə Ukraynanın tək qalması ilə bağlı sözlərindən sonra güclü təmkin nümayiş etdirdilər".

 
Oxu.Az-ın TASS-a istinadən bildirdiyinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
"Düşünürəm ki, Zelenskinin bütün yalanları içində ən böyük yalanı Ağ Evdə Kiyev rejiminin 2022-ci ildə tək qaldığı və dəstək almadığı ilə bağlı etdiyi bəyanatdır. Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar - bu, güclü təmkinlilik göstəricisidir", - diplomat "Telegram" kanalında yazıb.
Link kopyalandı!
Son xəbərlər