Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünya
342
28 Feb 2025 | 23:56

Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər

Ukrayna və ABŞ liderləri arasında Ağ Evdə uğursuz danışıqlardan sonra Avropa liderləri Zelenskiyə dəstəklərini ifadə ediblər.
 
İlkin olaraq Polşanın Baş naziri Donald Tusk vəziyyətə münasibət bildirib.
 
“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, - Tusk “X” hesabında yazıb.
 
İspaniyanın Baş naziri Pedro Sançes də “X” hesabında Ukraynanı dəstəkləyib.
 
“Ukrayna, İspaniya səninlədir”, - siyasətçi qeyd edib.
Link kopyalandı!
Son xəbərlər