Bizi sosial şəbəkələrdən izləyin:
Məlum olduğu kimi, bir neçə dəqiqə öncə Ağ Evin Oval kabinetində görüşən ABŞ və Ukrayna liderləri araında gərgin anlar yaşanıb.
Moderator.az “The Washington Post”a istinadən xəbər verir ki, müzakirələr əsanasında Ukrayna Prazidenti Volodimir Zelenski Rusiyalı həmkarı Vladimir Putin haqqında iddialarla çıxış edib.
O, Putini razılaşmalarla bağlı verdiyi vədlərə dönük çıxması ilə günahlandırıb.
Bu məqamda Donald Tramp Zelenskinin qarşısına şərt qoyub:
“Onun Putinə qarşı nifrəti göz qabağındadır.
Zelenskinin nifrəti dəhşətlidir. Bu halda nəticə əldə etmək çox çətindir.
Ya sövdələşməyə gedəcəksən, ya da biz Ukraynadan çıxacağıq. Əgər biz çıxsaq, onunla (red.-Putinlə) mübarizə aparacaqsınız və bu sonun gözəl olacağını düşünmürəm”.
Tramp faktiki olaraq Rusiyanın mövqeyindən çıxış edib.