Trampla Zelenski arasında gərgin anlar - Video
Dünya
894
28 Feb 2025 | 22:09

Trampla Zelenski arasında gərgin anlar - Video

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-li həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.
 
Dava vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhindən sonra başlayıb. 
 
Zelenski eyham edərək “Allah qorusun, sizə müharibə olmasın” deyib.
 
Söhbətə müdaxilə edən Tramp Zelenskiyə bu cavabı verib:
 
“Sən bunu bilmirsən, bizə nə hiss etməli olduğumuzu demə”.
 
İki tərəf arasında artan mübahisədən sonra Tramp bildirib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini təyin etmək iqtidarında deyil:
 
“Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kartınız yoxdur”.
 
“Mən kart oynamıram” deyə Zelenski Trampa cavab verib.
 
Tramp isə ona Ukraynaya hörmətsizlik etdiyini və onunla oynamağa haqqı olmadığını deyib. 
 
Bundan sonra brifinq qısa müddət ərzində başa çatıb.

 

Link kopyalandı!
Son xəbərlər