“Sən demə kartofumuz yox imiş!” - Lukaşenko əsəbiləşdi
Dünya
433
28 Feb 2025 | 21:19

“Sən demə kartofumuz yox imiş!” - Lukaşenko əsəbiləşdi

“Sən demə kartofumuz yox imiş! Belarusda kartofun qiyməti son iki ayda 10% artıb”.
 
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko qiymətlərin tənzimlənməsi ilə bağlı keçirdiyi təcili iclasda bildirib.
 
Belarus lideri əvvəlcə rəsmilərin qış və yaz aylarında vətəndaşları yerli tərəvəz və meyvələrlə təmin etməli olan sabitləşdirmə fondlarının yaradılması ilə bağlı verdiyi tapşırığı yerinə yetirib-yetirmədiyini soruşub:
 
“Mövsümlərarası fasilədə kartofun qiyməti nə qədər bahalaşıb? Biz lazımi miqdarda kartof istehsal edib anbarlarımıza qoyub, sonra əhaliyə sata bilmərik?
 
Bu rəhbərləri cəhənnəmə kimi qovmaq lazımdır. Biz kifayət qədər kartof istehsal edə bilmirik! İki ayda kartofun qiyməti 10% artıb”, - Lukaşenko bildirib.
 
O vurğulayıb ki, yerli kartof növləri xaricdən gətirilənlərdən heç də geri qalmır, lakin onları düzgün şəraitdə saxlamaq lazımdır. Lukaşenko  kartofun adi anbarda saxlanıldığı amma əslində hansı mühitdə saxlanmalı olduğunu göstərib.
 
Dövlət başçısı məsələdə tənzimləmə sistemini tənqid edib ki, onlara öz məhsulunu istehsal etməkdənsə, idxal etmək daha sərfəlidir. Bu isə korrupsiya komponentlərinin mövcudluğundan xəbər verir:
 
“Mənə sübut edin ki, rüşvət almırsınız. Təbii ki, sizi rüşvət almaqla qınamaq fikrim yoxdur, amma bağışlayın, bu bir az şübhə yaradır”.
 
Sonda Belarus lideri daxili bazarın kartofla təmin olunması məsələsi ilə məşğul olmaq üçün Dövlət Nəzarət Komitəsinə tapşırıq verib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər