Adnan Oktar bəraət aldı
Dünya
1251
28 Feb 2025 | 20:17

Adnan Oktar bəraət aldı

Türkiyədə çoxsaylı cinayətlər üzrə toplam 8 658 il həbs cəzasına məhkum edilən Adnan Oktar "rəsmi sənədlə saxtakarlıq", "rəsmi sənədi pozmaq və ya məhv etmək" və "qaçaqmalçılıq" ittihamlarından bəraət alıb.
 
Bu barədə "Haber Global" məlumat yayıb.
 
İstanbul Anadolu 1-ci Ağır Cinayət Məhkəməsində baxılan iclasa Adnan Oktar və 14 şübhəli vəkilləri ilə birgə qatılıb.
 
Cinayət işinin materiallarına əsasən, 4 Noyabr 2013-cü il tarixində Haydarpaşa Limanına gələn 21 ədəd konteyner üçün Çində qurulan TGL HKN logistika şirkəti tərəfindən saxta sənədlər tərtib edilib.
 
Məhkəmənin qərarına əsasən, Oktarın bu işdə əli olmadığı təsdiq edilib.
Link kopyalandı!
Son xəbərlər