Alimlər bu mifi dağıtdı: Xoşbəxt olmağa çalışmaq sizi bədbəxt edir: Naşükür olmayın!
Dünya
630
28 Feb 2025 | 17:42

Alimlər bu mifi dağıtdı: Xoşbəxt olmağa çalışmaq sizi bədbəxt edir: Naşükür olmayın!

Toronto Universitetində aparılan araşdırmaya görə, hər zaman xoşbəxt olmağa çalışmaq iradə gücünü zəiflədir və insanları daha az xoşbəxt edir.
 
Publika.az xəbər verir ki, Toronto Universitetinin “Scarborough” kampusunda aparılan araşdırma xoşbəxtlik axtarışının niyə bəzən əks təsir göstərə biləcəyini ortaya qoyub.
 
Universitetin professoru Sam Maglio bildirib ki, xoşbəxt olmağa çalışmaq zehni yoran bir prosesdir: "Xoşbəxtlik axtarışı qartopu effekti yaradır. İnsanlar özlərini daha xoşbəxt hiss etmək üçün daha çox çalışdıqca, bu səy onları həqiqətən xoşbəxt edəcək davranışları davam etdirməyi çətinləşdirir. Hər zaman xoşbəxt olmağa çalışmaq əvəzinə, sahib olduqlarınızı qəbul etməyə çalışın və bunların sizə xoşbəxtlik gətirdiyini anlayın”.
 
Oxşar nəticələrə 2018-ci ildə Sidney Biznes Məktəbi Universitetində aparılmış başqa bir araşdırmada da nail olunub. Həmin araşdırma müəyyən edib ki, xoşbəxtliyə nail olmağa çalışan insanlar vaxtlarının məhdud olduğunu hiss edir və bu da onları daha çox stresli və bədbəxt edir.
 
Tədqiqatçılar şüurlu şəkildə xoşbəxtliyini artırmağa çalışan yüzlərlə insan arasında sorğu keçirib və bu insanların gündəlik həyatlarında daha az iradəli olduqlarını aşkar ediblər.
 
Tədqiqat “Health and Well-being” jurnalında dərc edilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər