İran parlamenti Aİİ ilə azad ticarət zonasının yaradılması haqqında sazişi ratifikasiya edib
Dünya
290
17:04, Bu gün

İran parlamenti Aİİ ilə azad ticarət zonasının yaradılması haqqında sazişi ratifikasiya edib

İran parlamenti Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrlə azad ticarət sazişini təsdiqləyib.
 
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabək bildirib.
 
Onun sözlərinə görə, saziş bu ilin may ayının əvvəlindən qüvvəyə minəcək.
 
"Avrasiya İqtisadi Müqaviləsi ən mühüm iqtisadi sazişlərdən biridir və onun əsasında tariflərin 87%-i sıfıra endirilib. Bu arada 240 milyon nəfərlik Avrasiya bazarı İran üçün böyük imkanlar yaradır", - nazir vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər