Dünya
668
16:00, Bu gün

"ABŞ-dan sonra Zelenski avropalılarla görüşmək üçün Böyük Britaniyaya səfər edəcək" - "Bloomberg"

"Görüş zamanı Avropanın müharibədən sonra Ukraynaya hansı təhlükəsizlik zəmanətləri verə biləcəyi müzakirə ediləcək..."
 
Böyük Britaniya baş naziri Kir Starmer Avropanın Ukraynaya qarşıdakı addımlarını planlaşdırmaq üçün avropalı liderləri qəbul edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Məlumatda deyilir ki, Kir Starmer bazar günü Londonda Ukrayna prezidenti Vladimir Zelenskini və digər Avropa liderlərini qəbul edəcək.
 
Görüş zamanı siyasətçilər müharibə başa çatdıqdan sonra Avropanın Ukraynaya hansı təhlükəsizlik zəmanətləri verə biləcəyini müzakirə edəcək", - nəşr yazır.
 
Həmçinin bu görüşdə Starmer və Fransa prezidenti Emmanuel Makron avropalı müttəfiqlərinə ABŞ prezidenti Donald Trampla apardıqları danışıqlar barədə məlumat verəcək. Onlar Trampı gələcəkdə Kreml mümkün sülh razılaşmasını pozacağı təqdirdə, ABŞ-ın hərbi "dəstək" verməyə söz verməsinə razı salmağa çalışıb.
 
Starmerin ofisinin məlumatına görə, baş nazir Londona Almaniya, Danimarka, İtaliya, Niderland, Norveç, Polşa, İspaniya, Türkiyə, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderlərini də dəvət edib.
 
Görüşdə həmçinin NATO-nun baş katibi Mark Rütte, Avropa Komissiyasının və Avropa Şurasının rəhbərləri Ursula fon der Lyayyen və Antonio Kosta da iştirak edəcək. Starmer Zelenski və İtaliyanın baş naziri Corcia Meloni ilə ayrıca ikitərəfli görüşlər keçirəcək.
 
Avropalılar Trampın sülh sazişindən sonra Rusiyanın mümkün hücumu halında Avropa sülhməramlı qüvvələrinə dəstək məqsədilə ABŞ-ın hava kəşfiyyatı, müşahidə və hava örtüyünü təmin etməsini istəyir.
 
Lakin Tramp bu ideyanı ciddi qəbul etmir, baxmayaraq ki, hər zaman Britaniyaya kömək etməyə hazır olduğunu bildirib. Avropa və ABŞ-ın bir-birindən gözlədiyi öhdəliklər müzakirələri çətinləşdirir, - nəşrin mənbəsi bildirib.
 
Zelenskinin ABŞ-a səfəri
 
Fevralın 28-də Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər edərək prezident Donald Trampla görüşəcək. Daha sonra Tramp təsdiqləyib ki, Zelenski Vaşinqtona faydalı qazıntıların hasilatı ilə bağlı sazişin imzalanması üçün gələcək.
Link kopyalandı!
Son xəbərlər