Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynada müharibə ya çox yaxında bitəcək, ya da heç vaxt bitməyəcək.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Keyr Starmerlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Mənim Putin və Zelenski ilə telefon danışığım olub. Və komandamız bu müharibəni dayandırmaq üçün NATO-nun baş katibi ilə danışıb. Hesab edirəm ki, biz yaxşı irəliləyiş əldə edirik, düzgün istiqamətdə irəliləyirik. Düşünürəm ki, bu, ya çox tez baş verəcək, ya da heç vaxt olmayacaq", - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, ötən gün Oval kabinetdə Ağ Ev rəhbəri Donald Tramp Britaniya baş naziri Keyr Starmer ilə görüş keçirib.