Mariya Zaxarova
Dünya
1592
18:59, Bu gün

Mariya Zaxarova "Rus Evi"nin və "Sputnik" redaksiyasının Azərbaycanda bağlanması ilə bağlı danışdı

Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycanda "Rus Evi"nin və "Sputnik" redaksiyasının bağlanmasına münasibət bildirib.
 
"Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə təmasdayıq. Öz mövqeyimizi azərbaycanlı həmkarlarımızın diqqətinə çatdırmışıq və bunun bizim üçün həqiqətən də vacib məsələ olduğunu bildirimişik. Hesab edirəm ki, bu, Bakı üçün də az əhəmiyyət kəsb etmir", - deyə o bildirib.
 
Zaxarova qeyd edib ki, Rusiya tərəfi arqumentləri mükəmməl başa düşür.
 
"Bəli, qanun həqiqətən qanundur, heç kim mübahisə etmir. Ancaq vəziyyəti həll etmək və nizamlamaq üçün hər zaman fürsət tapmaq olar", - deyə o bildirib.
 
Qeyd edək ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
 
Bundan əlavə, "Russia Today"in ("Sputnik") Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onlar yalnız bir müxbir üçün akkreditə oluna bilər.
Link kopyalandı!
Son xəbərlər