Dünya
269
17:26, Bu gün

"Simpsonların 28 Fevral Proqnozu: Elektriklər kəsiləcək!

Dünyanın ən populyar animasiya seriallarından biri olan The Simpsons, bir daha proqnoz ilə gündəmə gəldi. Bu dəfə serial 28 fevral 2025-ci il tarixini işarə etdi. Yeni təxmin hər kəsi narahat etdi. 
 
Simpsonlar, indiyə qədər yaradılmış ən uğurlu və uzun müddətli TV şoularından biridir və onun uzunömürlülüyünün əsas amillərindən biri də gələcəyə dair hadisələri böyük ölçüdə öncədən görməsidir. Serialın keçmiş bölümləri qorxunc bir şəkildə real dünya hadisələrini təxmin etməyi bacarıb.
 
Koronavirus, Neymar'ın ciddi zədə alması, Fukushima nüvə fəlakətindən sonra mutant tərəvəzlərin ortaya çıxması və daha çox hadisə Simpsonların bölümlərində açıqca göstərildikdən sonra reallaşıb. Bunun son nümunəsi isə 28 fevral 2025-ci ildə baş verə biləcək böyük bir enerji kəsilməsi ilə əlaqəlidir. Serialın 1998-ci ildə yayımlanan "The Last Day of Springfield" adlı bölümündə bütün şəhərdə tam bir elektrik kəsilməsi yaşanır.
 
İşləyən avtomobillər, elektrir, mobil telefonlar işləmədiyi üçün Homer'ın gedib işləyə biləcəyi bir nüvə enerji stansiyası da yoxdur.
 
Bənzər şəkildə, 2023-cü ildə yayımlanan bir bölümündə Bay Burns, 28 fevral 2025-dən sonra enerji qalmayacağından bəhs edir. Azarkeşlər, bu iki bölümün birləşməsi ilə 28 fevral 2025-ci ildə real dünyada böyük bir enerji kəsilməsi yaşanacağını düşünürlər.
Link kopyalandı!
Son xəbərlər