“O, bu şərtlə postunu tərk edəcək” - Yelena Zelenskaya
1555
27 Feb 2025 | 08:27

“O, bu şərtlə postunu tərk edəcək” - Yelena Zelenskaya

"Zelenski ömürlük postunda qalmağı planlaşdırmır".
 
Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya "Quarta Repubblica"ya müsahibəsində deyib.
 
O vurğulayıb ki, Zelenskinin qarşısına qoyduğu əsas vəzifə ölkənin təhlükəsizliyidir:
 
"Bunu mənimlə müzakirə etməyib. Bilirəm ki, o, ömürlük prezident olmağı planlaşdırmır. Onun qarşısına qoyduğu əsas vəzifə Ukraynanın təhlükəsizliyini təmin etmək idi. Ukraynada təhlükəsizlik təminatları, nə olursa olsun, olmalıdır ki, o, öz postunu rahat tərk edə bilsin. Əgər NATO-ya üzvlük təhlükəsizliyin təminatıdırsa, düşünürəm ki, o, bunu edə bilər. Niyə də olmasın?".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər