Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Ukraynadakı əsas məqsədi qan tökülməsinə son qoymaq, Kiyevə yardıma xərclənən vəsaiti geri qaytarmaqdır.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kabinetinin ilk iclasında deyib.
Vaşinqtonun Kiyevlə bağlı siyasətindən danışan Tramp vurğulayıb:
"Mən bunu iki səbəbə görə edirəm. Birinci səbəb insanların öldürülməsini dayandırmaqdır. İkinci Ukraynaya bir daha pul ödəməməkdir, çünki ABŞ-nin 46-cı prezidenti Cozef Bayden 350 milyard dolları geri almaq şansı olmadan xərcləyib. İndi biz bu pulların hamısını və daha çoxunu geri alacağıq".