Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidenti Donald Tramp ölkəsində iş yeri yaradacaq xarici investorlara 5 milyon dollara yaşayış icazəsi və vətəndaşlığa yol açacaq “qızıl kart” satacaqlarını açıqlayıb.
Tramp bu barədə Oval Ofisdə açıqlama verib.
"Biz bu karta təxminən 5 milyon dollar qiymət qoyacağıq. Bu, sizə "yaşıl kart" imtiyazlarını verəcək və vətəndaşlığa aparan yol olacaq", - deyə o bildirib.
Zəngin insanların bu kartı alıb ABŞ-a gələcəyini söyləyən Tramp həmin insanların çoxlu pul xərcləyəcəklərini, vergi ödəyəcəklərini və işlə təmin edəcəklərini qeyd edib. Tramp bunun son dərəcə uğurlu olacağını düşündüklərini və növbəti iki həftə ərzində proqramı təqdim edəcəklərini vurğulayıb.
O, həmçinin 35 trilyon dollar borcları olduğunu xatırladıb: "Məsələn, 1 milyon kartın dəyəri 5 trilyon dollar olacaq. 10 milyon kart satsaq, ümumilikdə 50 trilyon dollar olacaq. 35 trilyon dollar borcumuz var, bu, yaxşı olardı".
Bütün ölkələrdən insanların qızıl kart üçün uyğun olub-olmayacağı sualına Tramp, bunun vəziyyətdən asılı olaraq dəyişəcəyini və kartı alacaq şəxslərin diqqətlə araşdırılacağını bildirib.